20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib
Bu gün dövlət səviyyəsində gənclərə göstərilən diqqət, eyni zamanda idmana və idmançılarımıza yaradılan şərait, bu sahəyə verilən qiymət gələcək üçün müsbət stimul verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə verilən dəyər, həm onlarda, həm də idmançılarımızda əlavə ruh yüksəkliyi yaradır.
Artıq uzun müəddətdir BrendSport.az saytı tərəfdaş şirkətlərlə birlikdə bir neçə xeyirxah missiyalı layihələr həyata keçirir. Buna misal olaraq “İlhamlı Qələbələr” adlı uzun marafonlu festivalı, 44 günlük Vətən müharibəsində ordumuza, eyni zamanda maddi imkanı məhdud olan ailələrə göstərilən dəstəyi göstərmək olar. Ötən illərdə “İlhamlı Qələbələr” adlı festival çərçivəsində uzun bir yol qət etdik və bu tədbiri xeyirxah insanların köməkliyi ilə müvəffəqiyyətlə başa vudruq. (Bu il eyni adlı festival çərcivəsində bir çox layihələr planlaşdırırıq.) Ümidvarıq ki, bu silsilədən olan tədbirlərimiz bundan sonra da davam edəcək.
Bu il isə - “Heydər Əliyev İli”ndə bu xüsusda qarşımıza müəyyən məqsədlər qoymuşuq. Onları da həyata keçirmək üçün xeyirxah missiyamızı dostlarımızla birlikdə uğurla davam etdiririk.
Bu günlərdə də BrendSport.az saytı tərəfdaş şirkətlərlə birlikdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis yarışı keçirib. Yarışın baş sponsoru "İydə" parfum, sponsorları isə "Natural halı Outlet" (Babək prospektində yerləşir), “Bambi Yatak” dəsti (Nərımanov metrosunun yaxınlığında, Əhməd Rəcəbli küçəsində yerləşir) və “Scallezioni” İtaliya geyimləri (Azadlıq prospektində yerləşir) olmuşdur.
24 idmançının qatıldığı yarışın açılışında 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra yarışın aparıcısı və təşkilatçılarından olan Nuranə Andronovna yarışı açıq elan edərək sözü layihənin rəhbəri Bəhruz Səmədova verib.
Bəhruz Səmədov çıxışı zamanı 33 il öncə xalqımıza qarşı aparılan mənfur siyasətin nəticəsi olaraq baş verən 20 yanvar hadisələrindən söz açıb, eyni zamanda müstəqil Azərbaycanın apardığı haqlı mübarizəsindən və Qarabağ zəfərindən danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Son illərdə isə dövlətimizin idman sahəsində uğurlarından və müasir Azərbaycaının qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında söz açıb.
Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən başladılan uğurlu siyasət bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
B.Səmədov bu il “Heydər Əliyev İli”nin dövlətimiz və millətimiz üçün həm idmanda, həm də dünya siyasətində ötən illərdən daha da uğuru il olacağına əminliyini ifadə edib.
Layihə rəhbəri onu da vurğulayıb ki, bu gün əldə olunan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Qazanılan bütün nailiyyətlərə görə, prezdent cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonra tədbirin aparıcısı Nuranə Andronovna sözü 44 günlük Vətən müharibəsi iştirakçısı, tədbirdə qonaq kimi iştirak edən Ceyhun Kəlbiyevə verib. O da öz növbəsində şəhidlərimizə rəhmət diləyərək, bütün idmançılara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib. Oyunlar olimpiya sistemi üzrə (uduzan oyunu tərk edir) sistemi ilə keçrilib.
Gərginliyi ilə yadda qalan turnirin sonunda qaliblər müəyyənləşib.
Oğlanlar arasında 1-ci yeri Səmədzadə Məhəmmədəli, 2-ci yeri Səmədzadə Hüseyn, 3-ci yerləri Hüseyn Kəlbiyev və Hüseyn Əliyev tutublar.
Qızlar arasında isə 1-ci yeri Zəhra Rəhimova, 2-ci yeri Doğan Rümeysa Yarən, 3-cü yeri isə
Nuray Feyzullayeva və Məryəm Heybətova tutublar.
Tədbirin ən fəal idmançıları isə Əziz Baloğlanov, Əbülfəz Kəlbiyev, Nihat Baloğlanov, Əli İsmayılov və Sadiq Əlizadə olublar.
Ən kiçik yaşda fərqlənən idmançıları Tunar Baloğlanov və Doğan Emrecan olublar.
Turnirin qaliblərinə və fərqlənənlərə BrendSport.az saytı adından diplom və medallar, eyni zamanda baş sponsor və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, yarışın sonunda 44 günlük Vətən müharibəsinin qəhrəmanı Ceyhun Kəlbiyevə baş sponsor "İydə" parfumdan, sponsorlar “Natural halı outlet”dən hədiyyələr və "Bambi Yatak" dəstindən kaloniya təqdim olunub, dəstəyinə görə təşəkkür edilib.
Sonda tədbirin layihə rəhbəri Bəhruz Səmədov bütün iştirakçılara sponsorlar tərəfindən ayrılan hədiyyələrini təqdim edib.
Turnirin yüksək səviyyədə təşkil olunmasında xüsusi əməyi olanlardan Elmar Xəlilova, Ülvi Xəlilbəyova, Seymur Səfərova, Osman Qazi Kaplana, Murad Məlikova, Vətən müharibsəi qazisi Elşən Əliyevə, Fariz Məhərrəmova, Dönməz Abbasova, Zaur Şahmuradova, Ünal Doğan, Aynur Çingiz qızı, Doğan Rüqsarəyə və Nuranə Andronovnaya öz təşəkkürümüzü bildiririk.
Tədbirə göstərdikləri dəstəyə görə isə media orqanlarına və nümayəndələrinə də dərin minnətdarlığımızı bildiririk.
Bir daha xatırladaq ki, tədbirin Baş sponsoru “İydə parfüm”, sponsorları isə “Natural halı outlet”,
“Scallezioni” kişi geyimləri brendi, "Bambi Yatak" dəstinin kaloniyaları olub.
Yarışın yekununda iştirakçılara və tamaşaçılara 20 Yanvar şəhidlərinin xatirəsinə hazırlanmış ehsan süfrəsi verilib.
????
Facebook-da paylaş