Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdmançı şagirdlərlə görüş keçirilib



Bu günlərdə Şəhid Elçin Mansurov adına Bakı şəhəri Xəzər rayon 88 nömrəli tam orta məktəbdə "İdman həftəsi" layihəsi çərçivəsində məktəb rəhbərliyi idmançı şagirdlərlə görüş keçirib.

BrendSport.az saytının Gənclər şobəsi
xəbər verir ki, məktəbin direktoru Mirnağı Nəzərli idmanda nailiyyət qazanmış şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb. Eyni zamanda o, məktəbdə təhsillə bərabər idmana da böyük üstünlük verdiyini söyləyib və bu yolda hər zaman şagirdlərə əlindən gələn dəstəyi edəcəyini vurğulayıb.

Tədbirdə iştirak edən BrendSport.az saytının baş redaktoru idman ustası, məşqçi-müəllim Bəhruz Səmədov Ulu Öndər Heydər Əliyevin və bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərilən qayğısından danışıb. O, yeniyetmə və gənc idmançılara gələcəkdə Azərbaycan bayrağını böyük idman arenalarında yüksəklərə qaldıracaqlarına inandığını vurğulayıb.

88 nömrəli tam orta məktəbin direktor müavini Könül xanım Əliyeva isə bu gün şagirdlərdə bədən tərbiyəsi və idmana olan maraqdan danışıb.

Yuxarı sinifdə oxuyan idmançı şagirdlər qazandıqları uğurlardan danışaraq kiçik yaşlı şagirdlərə öz tövsiyələrini veriblər.

Tədbirin qonaqları arasında isə UBR Günay Bayramova və fiziki tərbiyə müəllimi, AFFA-nın hakimi Ülkər Məmmədova iştirak etdilər.










Facebook-da paylaş

Xəbəri paylaş