“Sabah”ın rəqibi “Bazel” olub
UEFA Gənclər Liqasında çıxış edəcək “Sabah”ın rəqibi bəlli olub.
BrendSport.az xəbər verir ki, püşkün nəticəsinə görə, mübarizəyə 2-ci mərhələdən başlayacaq təmsilçimiz İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab matçı isə noyabrın 6-da evdə baş tutacaq.
Bu mübarizənin qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Facebook-da paylaş