Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bədən Tərbiyəsi və İdman Xadimi” Afiq Süleymanovun 70 illik yubileyi keçirilib



Bu gün Azərbaycan İdman Veteranları İttifaqının təşkilatçılığı ilə uzun illər Azərbaycan idmanının inkişafına xidmət etmiş, “Bədən Tərbiyəsi və İdman Xadimi” Afiq Süleymanovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Marriot Abşeron” hotelində düzənlənən tədbirdə idman federasiyalarının prezidentləri və nümayəndələri, idman mütəxəssisləri, dünya, paralimpiya və Avropa çempionları, KİV nümayəndələri və yubilyarın qonaqları iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, tədbir, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra mərasimin aparıcısı tanınmış jurnalist Vüsal Qurbanov qonaqları Afiq müəllimin keçdiyi zəngin həyat yolu ilə ətraflı məlumatlandırıb. İlk təbriki isə Azərbaycan idmanının ağsaqqalı, Azərbaycan İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov edib. Yaşar müəllim yubilyar üçün xüsusi hazırlanmış plaketi Afiq müəlimə təqdim edib. Ona möhkəm can sağlığı, özündən nümunə götürərək 90-100 illiyini qeyd etməyi arzuladı.
Növbəti təbriki isə yubilyarın uzun illər çalışdığı Milli Paralimpiya Komitəsi etdi. Mətbuat xidmətinin rəhbəri Fərid Qarazadə komitə rəhbərliyinin təbrik məktubunu oxuyaraq Afiq müəllimə təqdim etdi.
Sonra “Sportsman” jurnalının Afiq müəllimin fotoşəkillərindən hazırladığı slayd ekranda nümayiş olundu. Nümayişin ardınca “Sportsman” jurnalından daha bir hədiyyə - üz səhifədə Prezident İlham Əliyevin Afiq müəllimə “Tərəqqi” medalını təqdim etdiyi fotoşəkil olmaqla jurnalın yeni buraxılışı yubilyara təqdim edildi. Jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu veteran mütəxəssisi təbrik edərək onunla xatirə şəkli çəkdirdi.
Pankration, Grappling MMA federasiyasının prezidenti Azad Əsgərov, güləş üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov, dünya və paraolimpiya rekordçumuz Oluxan Musayev və digər idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək Afiq Süleymanovun 70 yaşını təbrik etdilər.
Rəsmi hissədən sonra mərasim çay süfrəsi ilə davam etdi. Tədbirdən hazırlanmış fotoreportajı diqqətinizə təqdim edirik.






















Facebook-da paylaş

Xəbəri paylaş