Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Norveçdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram


“Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır. Son məşqimizi etdik. Hazırlığımızı oyun günü bitirəcəyik”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçin “Molde” komandası ilə oyun barədə jurnalistlərə açıqlamasında deyib.

Norveç səfərindən Vətənə yaxşı nəticə ilə qayıtmaq istədiklərini vurğulayan baş məşqçi bildirib: “İnanıram ki, alınacaq. Rəqibin də çox böyük şansları var. Düşünürəm ki, meydanda çox ciddi mübarizə gedəcək. “Molde"nin evdə oynayacağını da nəzərə almalıyıq. Üstəlik, süni örtüklü meydanda oynayacağıq. Buna baxmayaraq, öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyun zamanı biləcəyik".

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş