Türkiyə kubokunun səkkizdəbir finalında “Trabzonspor” və “Antalyaspor” komandaları ilk oyunda qalib gəliblər
Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin son oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, üçüncü oyun günündə iki görüş olub. “Trabzonspor” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib. “Göztəpə” isə səfərdə “Antalyaspor”a 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları yanvarın 21, 22 və 23-də keçiriləcək.
Facebook-da paylaş