Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə Superliqası: “Ankaragücü” və “Sivasspor” doğma meydanda qələbə qazanıb

Türkiyə Superliqası: “Ankaragücü” və “Sivasspor” doğma meydanda qələbə qazanıb
Fevralın 11-də “Ankaragücü” – “Kasımpaşa” və “Sivasspor” – “Akhisar Bələdiyəspor” qarşılaşmaları ilə Türkiyə Superliqasının XXI turuna yekun vurulub.
BrendSport.az xəbər verir ki, turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan ankaralılar səkkizinci sıradakı “Kasımpaşa”nın qapısından üç cavabsız top keçiriblər. Paytaxt təmsilçisinin heyətində Dever Orgill (33), Hadi Saçko (46) və İlhan Parlak (86) fərqləniblər.
“Sivasspor” - “Akhisar Bələdiyəspor” görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Ev sahiblərinin heyətində Aruna Kone (5, 60, pen), qonaq komandada isə Coşue (88, pen) adlarını tabloya yazdırıblar.
Beləliklə, 21 turdan sonra “Başakşəhər” komandası 45 xalla turnir cədvəlində vahid liderliyini davam etdirir. “Qalatasaray” 39 xalla ikinci, “Beşiktaş” isə 36 xalla üçüncüdür.


Facebook-da paylaş

Xəbəri paylaş