Ronaldunun “Əl-Nəsr”i Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandası Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə BƏƏ-nin “Əl-Əyn”inə yenilərək mübarizəni dayandırıb.
BrendSport.az xəbər verir ki, birinci matç “Əl-Əyn”in minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Cavab qarşılaşmasının əsas vaxtı “Əl-Nəsr”in üstünlüyü (3:2) ilə bitdiyindən oyun əlavə vaxtda davam edib. 103-cü dəqiqədə BƏƏ təmsilçisi hesabı bərabərləşdirsə də, 118-ci dəqiqədə meydan sahibləri Kriştianu Ronaldunun penaltidən fərqlənməsi ilə ümumi hesabı bərabərləşdiriblər.
Penalti seriyasında isə qonaqlar güclü olublar – 1:3. “Əl-Nəsr”dən ancaq Ronaldu dəqiq ola bilib.
Facebook-da paylaş