Kevin De Bruyne üçüncü dəfə ilin ən yaxşı pleymeykeri seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.
BrendSport.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne üçüncü dəfə reytinqdə birinci olub.
181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.
5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.
Facebook-da paylaş