Məşhur futbolçu dopinq testindən keçməkdən imtina edib
İspaniyanın "Sevilya" klubunda çıxış edən Serxio Ramos 2018-ci ildə dopinq testindən keçməkdən imtina edib.
BrendSport.az xəbər verir ki, prosedur testlərində agentlər tərəfindən pozuntular olub.
Bildirilib ki, həmin vaxt "Real"da çıxış edən təcrübəli oyunçu La Liqada "Malaqa" ilə matçdan sonra dopinq testindən keçməli idi. O, duş qəbul etməzdən əvvəl testlərdən yayınıb.
Qaydalara əsasən, idmançılar yarış bitəndən sonra testdən keçməlidirlər. Bu prosedura əməl olunmaması antidopinq qaydalarının pozulması hesab edilə bilər. Lakin dopinq nəzarəti tələb olunan iki nəfər əvəzinə bir nəfər tərəfindən həyata keçirilib və bu səbəbdən Ramos cəzadan yaxa qurtarıb.
Qeyd edək ki, Serxio Ramos cari ildən "Sevilya"nın şərəfini qoruyur.
Facebook-da paylaş