Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Novak Cokoviç Paris Olimpiadasında iştirak edəcək



Dünyanın ən yaxşı tennisçisi – serbiyalı Novak Cokoviç Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında çıxış edəcək.

BrendSport.az
xəbər verir ki, Hindistanın “Sportstar” jurnalında Cokoviçin şərhləri yer alıb. O deyib: “Mənim ölkəm üçün Olimpiya qızıl medalını qazanmaq həqiqətən də unikal və fövqəladə olardı”.

36 yaşlı Novak Cokoviç dünyanın ən yaxşı tennisçisidir. Onun aktivində 98 ATP titulu, o cümlədən “Böyük dəbilqə”də 24 qələbə var - bu, tennis üzrə kişilər arasında tək kateqoriyada rekorddur. İdmançı Pekində keçirilən 2008-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı və Devis Kubokunun (2010) qalibidir. Açıq erada (həvəskar və peşəkar tennisin bölgüsü dayandırıldıqdan sonra) qazandığı mükafatların sayına görə Cokoviç amerikalı Cimmi Konnorsdan (109 titul) və isveçrəli Rocer Federerdən (103 titul) sonra üçüncü yeri tutur.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları gələn il 26 iyul-11 avqust tarixlərində təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş