Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Red Bull” komandası 2023-cü ildə qazandığı kubokları nümayiş etdirib



“Red Bull” komandası “Formula 1” üzrə dünya çempionatının 2023 mövsümündə qazandığı kubokları nümayiş etdirib.

BrendSport.az
xəbər verir ki, Avstriya təmsilçisi mövsüm ərzində ümumilikdə 51 mükafat əldə edib.

22 Qran-pridən 21-də komanda şəklində kuboka sahib olan “Red Bull”un pilotları ümumilikdə 30 dəfə podiuma çıxıblar. Dünya çempionu Maks Ferstappen 21 dəfə fəxri kürsüyə qalxıb ki, bunun 19-da qələbə qazanıb. Serxio Peres isə ikisi birinci yer olmaqla, 9 dəfə ilk “üçlük”də qərarlaşıb.

Qeyd edək ki, 575 xal toplayan Maks Ferstappen 3-cü dəfə dünya çempionu olub. Onun komanda yoldaşı Serxio Peres 285 xalla ikinci yeri tutub. Komandaların yarışında isə “Red Bull” 860 xalla birinciliyə sahib çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş