Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın hücumçusu Keyn, Holann və Mbappe ilə eyni siyahıda yer alıb



Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son vuruşlarda daha dəqiq olan futbolçularla bağlı araşdırma aparıb.

BrendSport.az
xəbər verir ki, 65 liqanın əhatə olunduğu siyahıda "Qarabağ"ın hücumçusu Juninyo Olavio da yer alıb.

27 yaşlı braziliyalı forvard 0,219 əmsalla 20-ci pilədə qərarlaşıb.

İlk sırada Almaniyanın "Bavariya" klubunda çıxış edən ingiltərəli Harri Keyn (0,533) yer alıb. Niderlandın “Feyenoord” klubundan Santyaqo Ximenes (0,361) ikinci, İspaniyanın "Real" komandasından Cud Bellinqem (0,355) üçüncüdür.

İlk "10-luq"da İtaliya "İnter"indən Lautaro Martines (0,341 əmsal, 5-ci), İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann (0,314 əmsal, 7-ci) və Fransanın PSJ kollektivindən Kilian Mbappe (0,289 əmsal, 10-cu) kimi tanınmış futbolçular da var.


Facebook-da paylaş

Xəbəri paylaş