Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiyalı avarçəkənlər Azərbaycanda təlim-məşq toplantısı keçirəcək




Avarçəkmə idmanı üzrə Rusiya yığması noyabrın 3-də Azərbaycanda keçiriləcək birinci mövsümarası xarici təlim-məşq toplantısına yollanacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Aleksey Svirin məlumat verib. O deyib: “Milli komandanın əsas heyəti artıq bir ay müddətində Moskva ətrafındakı Bronnitsada məşqlər edib. İdmançılar noyabrın 3-də Olimpiya mövsümünə hazırlıq çərçivəsində ilk xarici təlim-məşq toplantısına yola düşəcəklər. Suda avarçəkməyə tələbat var ki, indi Rusiyada bunu etmək mümkün deyil. Bu səbəbdən bizim əvvəllər də dəfələrlə məşq etdiyimiz Azərbaycana getmək barədə qərar qəbul olundu”.

Federasiya prezidenti əlavə edib: “Prinsipcə, növnəti mövsüm üçün komandamızın əsas heyəti müəyyənləşib. Onun tərkibinə 20-22 nəfər daxildir. Bizim ehtiyat heyətimiz isə dünən Bronnitsada məşqlərə başlayıb”.

2024-cü il Olimpiya Oyunlarının avarçəkmə idmanı üzrə təsnifat mərhələsi sentyabrın əvvəlində Belqradda keçirilən dünya çempionatında başlayıb. Rusiyalı avarçəkənlər hələ ki, bir lisenziya da qazana bilməyiblər. Paris Olimpiadasına seçmə vəzifəsini rusiyalı idmançılar Macarıstanın Seqed şəhərində (2024-cü il aprelin 25-28-də) keçiriləcək Avropa təsnifat reqatasında və İsveçrənin Lütsern şəhərində final təsnifat reqatasında (2024-cü il mayın 19-21-də) həll edəcəklər. Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Beynəlxalq Avarçəkmə Federasiyasının (“World Rowing”) İcraiyyə Komitəsi iyunun 7-də Rusiya və ya Belarus pasportuna malik az sayda idmançının Belqradda keçiriləcək dünya çempionatında məhdud sayda qayıq sinfində fərdi neytral idmançı kimi çıxış etməsinə icazə vermək barədə qərar qəbul edib. “World Rowing” bu qayıq siniflərinin komanda qayıqları olduğunu nəzərə alaraq, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə uyğun şəkildə Rusiya və Belarusun dördlük və səkkizli heyətlərinin dünya çempionatında iştirakına icazə verməmək qərarına gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş