53 yaşlı oynayan məşqçi çempionat oyununda qol vurub
Rumıniyanın “Braşov” klubunun 53 yaşlı oynayan məşqçisi Yonel Parvu III liqa oyununda qol vurub.
BrendSport.az xəbər verir ki, o, “Viitorul Oneşti” ilə görüşdə fərqlənib.
Start heyətində meydana çıxan Parvu 2-ci dəqiqədə 30 metrdən gözəl zərbə ilə hesabı açıb. O, qolu möhtəşəm salto ilə qeyd edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb və “Braşov” mövsümdə ilk xalını qazanıb. Adı çəkilən komanda hazırda 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
Qeyd edək ki, Yonel Parvu 1992-1996-cı illərdə “Styaua”nın heyətində 4 dəfə Rumıniya çempionu olub. 2006-cı ildə peşəkar futbolçu karyerasını başa vuran Parvu bu ildən “Braşov”da oynayan məşqçidir.
Facebook-da paylaş