Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü olub



Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.

BrendSport.az
xəbər verir ki, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb.

Yığma 8 ölkənin yer aldığı turnirin "B" qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.

Komanda 6 xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib.

Yekunda komandamız yarışı mükafatçılar sırasında, 3-cü yerdə bitirib.

Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə Beynəlxalq Media Kubokuna qatılıb.


Facebook-da paylaş

Xəbəri paylaş