Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə Premyer Liqası: “Tottenhem” London derbisində inamlı qələbə qazanaraq zirvəyə yüksəlib



İngiltərə Premyer Liqasının doqquzuncu turunun son matçı London derbisi ilə yadda qalıb: “Tottenhem” öz meydanında “Fulhem”i qəbul edib.

BrendSport.az
xəbər verir ki, oyun “Tottenhem Hotspur Stedium”da baş tutub.

Çempionluğa namizədlərdən birinə çevrilmiş “Tottenhem” 36-cı dəqiqədə hesabı açıb: Rişarlisonun ötürməsindən sonra koreyalı Sun Hın-Min baxımlı qola imza atıb. Hər iki tərəfin səylərinə baxmayaraq, birinci yarıda vəziyyət dəyişməyib. İkinci hissədə də “Tottenhem” üstün olub. Belə ki, 54-cü dəqiqədə Ceyms Meddison komandasının ikinci qoluna imza atıb. Asiyalı hücumçu isə aktivinə qolla yanaşı məhsuldar ötürmə də əlavə edib.

Beləliklə, Londonda şimal və qərbi London təmsilçiləri arasında baş tutan London derbisindən “mahmızlar” qalib ayrılıb.

Qeyd edək ki, doqquz oyundan sonra “Tottenhem” “Liverpul” (20), “Arsenal” (21) və “Mançester Siti”ni (21) arxada qoyaraq 23 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Mahmızlar” çempionatın vahid liderləridir. “Tottenhem”in növbəti oyunu səfərdə Londonun “Kristal Pelas” komandasına qarşı olacaq.

“Fulhem”in isə 11 xalı var. Komanda 13-cü pillədə qərarlaşıb. “Fulhem” növbəti turda səfərdə “Brayton”la qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş