Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sabah"ın prezidenti: "Göstərilən etimada görə həmkarlarıma minnətdaram"



"Mənə göstərdikləri etimada görə həmkarlarıma minnətdarlığımı bildirirəm".

BrendSport.az
xəbər verir ki, bunu Klublar Komitəsinin sədri seçilmiş "Sabah"ın prezidenti Maqsud Adıgözəlov deyib.

Funksioner son bir ildə komitənin fəaliyyətində ciddi dəyişikliklər baş verdiyini bildirib: "Klublar bir-biri ilə, eləcə də federasiya və PFL ilə daha sıx əməkdaşlıq etməyə başlayıblar. Hərdən mübahisəli məsələlər də olur, ancaq biz bu məsələlərdə ortaq məxrəcə gələ bilirik. Hesab edirəm ki, Klublar Komitəsi Azərbaycan futbolunun inkişafında mühüm rollardan birini oynayır. Bildiyiniz kimi, bizim bütün müzakirələrimiz və qəbul etdiyimiz qərarlar məsləhət xarakteri daşıyır. Klubların fəaliyyəti ilə bağlı proseslərin təkmilləşdirilməsi istiqamətində birlikdə əlimizdən gələni edəcəyik".


Facebook-da paylaş

Xəbəri paylaş