Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIDE ŞURASININ İCLASI KEÇİRİLDİ



Bakıda Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şurasının iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi altında baş tutan iclasda şahmat ilinin təqvimi əsas müzakirə mövzusu olub. Bəzi mötəbər şahmat yarışlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. Həmin yarışlarla bağlı ilin sonunda qərar veriləcəyi ilə bağlı razılıq əldə olunub.

İclasda həm də şahmatçıların reytinq hesablamasında yeniliklərlə bağlı təkliflər səsləndirilib. FIDE rəsmiləri şahmat ictimaiyyətinin məsələyə münasibətini öyrənmək üçün zamana ehtiyac olduğunu bildirib.

İki federasiyanın müraciətinə baxılıb. Tonqa və Yeni Kaledoniyanın FIDE üzvlüyünə qəbul edilməsi barədə qərar verilib.


Facebook-da paylaş

Xəbəri paylaş