Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Kazanda sambo üzrə Ümum-Rusiya turniri keçirilib


Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə sambo üzrə Ümum-Rusiya idman yarışları keçirilib.

BrendSport.az
xəbər verir ki, Rusiya bürosunun məlumatına görə, paytaxtın “Batır” baş idman kompleksində keçirilmiş tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Milli-Mədəni Muxtariyyətin rəhbəri Bəhram Mustafayev qeyd edib ki, birincilik uğrunda 250-yə yaxın idmançı mübarizə aparıb.

Milli Məclisin deputatı İlqar İsgəndərov Azərbaycanın və SSRİ-nin dövlət və siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə Ümum-Rusiya yarışında mübarizənin gərgin keçdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, belə yarışların təşkili Azərbaycan və Tatarıstan arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir.

Tədbir qaliblərin mükafatlandırılması ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş