Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



İdman dövlət siyasətinin əsas prioritetlərindən biridir

İdman dövlət siyasətinin əsas prioritetlərindən biridir


Yanvarın 9-da Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı bir daha sübut etdi ki, idman dövlət siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, idman həyat və sağlamlıqdır. Sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamaqda idmanın böyük rolu vardır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, eyni zamanda, insanda ruh yüksəkliyi yaradır, insanın çevik və dözümlü olmasına səbəb olur. İdman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. İdmanla məşğul olan insanlar daha intizamlı olurlar. Onlar xarici görünüşcə daha yaxşı görünür və özlərini daha yaxşı idarə edirlər. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. İdmanla məşğul olan insanlarda adıçəkilən bu hisslər daim yüksək olur. İdman tək fiziki deyil, eyni zamanda, insanın ruhunu da qidalandırır.

BrendSport.az
xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
“İdmanla aktiv məşğul olan millət - sağlam bir millətdir. Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılıb. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standartlarına uyğun idman kompleksləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və Olimpiya oyunlarında iştirak edirlər”, - deyə Ə.Əmiraslanov qeyd edib.
O vurğulayıb ki, ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Çempionatlarda idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər.
Əhliman Əmiraslanov əlavə edib ki, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olub. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüblər. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Azərbaycandakı kimi bəzi ölkələrdə bu, prioritet sayılır. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.


Facebook-da paylaş