Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Təhsil Liqası”na yekun vurulub

“Təhsil Liqası”na yekun vurulub


“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümü üzrə 8 və 9 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”na yekun vurulub.

BrendSport.az saytı xəbər verir ki, Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərinin ərazisində yerləşən mini-futbol meydançalarında keçirilən yarışlarda U-8 liqasında “Keşlə” birinci olub. “Sabah” yarışı ikinci, “Təhsil” RİM-in 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü pillədə başa vurublar.
U-9 liqasında isə “Təhsil” RİM-in 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Sabah” və “Keşlə” komandaları ilk üçlükdə qərarlaşıblar.
Liqa yarışları 2019-cu il sentyabrın 27-də start götürüb, hər yaş qrupu üzrə 2 dövrə olmaqla dairəvi sistem formatında keçirilib.
Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş