Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək



Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışın ilkin qeydiyyat siyahısına əsasən turnirdə 13 ölkədən 84 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.


Facebook-da paylaş