Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Triatlon üzrə Azərbaycan yığmasının liderin dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb



Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Yenilənmiş təsnifatda iki bənd yüksələn idmançı hazırda 20-ci yerdədir. R.Pevtsovun aktivində 3476,32 xal var. Qeyd edək ki, o, bu il Çenqduda (ÇXR) Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb, habelə Qran-Kanariyada Avropa Kubokunun və Şərm əş-Şeyxdə Afrika açıq çempionatının qalibi olub.

İspaniyalı Mario Mola reytinqdəki liderliyini qoruyub saxlayır, onun ardınca britaniyalı Conatan Braunli və norveçli Kristian Blümmenfeld gəlirlər.


Facebook-da paylaş

Xəbəri paylaş