Əsas Səhifə > Redaktor seçimi > Triatlon üzrə Azərbaycan yığmasının liderin dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb

Triatlon üzrə Azərbaycan yığmasının liderin dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb


21-05-2018, 15:57


Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Yenilənmiş təsnifatda iki bənd yüksələn idmançı hazırda 20-ci yerdədir. R.Pevtsovun aktivində 3476,32 xal var. Qeyd edək ki, o, bu il Çenqduda (ÇXR) Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb, habelə Qran-Kanariyada Avropa Kubokunun və Şərm əş-Şeyxdə Afrika açıq çempionatının qalibi olub.

İspaniyalı Mario Mola reytinqdəki liderliyini qoruyub saxlayır, onun ardınca britaniyalı Conatan Braunli və norveçli Kristian Blümmenfeld gəlirlər.
Geri qayıt