Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mərhum eks-nazir Azad Rəhimovun xatirə turnirinin qalibləri məlum olub



BrendSport.az saytı xəbər verir ki, mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb. Məktəblilər arasında təşkil edilən klassik turnirdə 9 rayon və şəhərdən 100-dən çox məktəbli-şahmatçı mübarizə aparıb.
Oğlanların yarışında ilk üç yeri müvafiq olaraq, Cahandar Azadəliyev, Süleyman Süleymanlı və Kamal İsfəndiyarlı tutublar. Qızlar arasında isə Aysel Rəhimova, Xanım İsmayılova və Aysel Cəfərova fərqləniblər.
12 yaşadək şahmatçılar arasında isə Rüstəm Rüstəmov qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş