Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Zirə" klubu cari mövsümdə qarşılaşdığı bütün rəqiblərdən xal alıb



Bakının "Zirə" futbol klubu koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatan Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə görüşlərdə əldə edib.

"Qartallar" "Səbail"dən daha çox – 6 xal alıb. "Zirə"nin ən çox – 7 top vurduğu rəqib də bu komandadır.

"Zirə"nin uduzmadığı yeganə komanda "Sabah"dır. Bu rəqiblə paytaxt duellərində komanda aktivinə 5 xal yazıb. "Sumqayıt"la matçlarda isə 4 xal qazanılıb.

"Zirə" başa çatan mövsümdə 7 rəqibdən biri – "Neftçi" ilə iki dəfə, digər komandalarla isə üç dəfə üz-üzə gəlib.


Facebook-da paylaş