Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Premyer Liqanın və Azərbaycan kubokunun bərpadan sonrakı təqvimi açıqlanıb

Futbol üzrə Premyer Liqanın və Azərbaycan kubokunun bərpadan sonrakı təqvimi açıqlanıb


İyunun 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bərpadan sonrakı təqvimi açıqlanıb.
BrendSport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, koronavirus pandemiyasına görə dayandırılmış Premyer Liqa və Azərbaycan kuboku yarışları iyunun 21-də davam etdiriləcək. İyirmi birinci tura təsadüf edəcək görüşlərdə “Qarabağ” klubu “Qəbələ”, “Sabah” komandası “Keşlə” ilə görüşəcək. Digər iki oyunda isə “Sumqayıt” komandası “Səbail”i, “Zirə” isə “Neftçi” klubunu qəbul edəcək.
Pandemiya ilə əlaqədar dörddədir final mərhələsində dayandırılmış Azərbaycan kuboku uğrunda turnirin də bərpadan sonrakı təqvimi dəqiqləşib. Mərhələnin ilk oyunları iyulun 13-də, cavab qarşılaşmaları isə iyulun 21-də təşkil olunacaq.
Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün iyulun 29-da, ölkə kubokunun isə avqustun 2-də başa çatdırılması nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş