Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini bərpa edib

Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini bərpa edib

Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini iyunun 1-də bərpa edib.
Federasiyanın mətbuat katibi İradə Mehdiyeva BrendSport.az-a bildirib ki, milli komandanın baş məşqçisi Bəhruz Salehlinin və məşqçi Ziyad Xəlfəyevin rəhbərliyi ilə keçən məşqlərə ilk növbədə üçtəkanla tullanma növündə mübarizə aparan idmançılar qatılıblar. Atletlər arasında Avropa çempionu Nazim Babayev də yer alıb.
Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.


Facebook-da paylaş