Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib



21-25 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.

BrendSport.az xəbər verir ki, Çempionatın oyunları Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq mərkəzinin idman arenasında baş tutub. Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Muhafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının komandası layiq görülüb.

Yarışın tamaşaçıları sırasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov və bir sıra fəxri qonaqlar olub.

FHN-nin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev çıxış edərək komandaları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.




Facebook-da paylaş