Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatında 100-dən çox idmançı iştirak edəcək



Avqustun 29-31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatları keçiriləcək.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş