Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Bir neçə oyundan sonra daha da hazır olacağıq



Oyunumuzda çatışmazlıqlar var. Qış fasiləsindən sonra ilk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə oyundan sonra daha da hazır olacağıq. Üç xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq.

BrendSport.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə (1:1) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Oyunun maraqlı alındığını bildirən Q.Qurbanov deyib: "Bu matçı əsl derbi adlandırardım. Hər iki komandanın qalib gəlmək istəyi hiss olunurdu. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".


Facebook-da paylaş

Xəbəri paylaş