Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Yeniyetmələr arasında boks turnirinin açılışı olub

Dekabrın

19-da “Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında boks üzrə açıq birinciliyin açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov açılış mərasimində çıxış edərək Azərbaycanda bədən tərbiyəsi və idmanın sürətli inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycan dövlətinin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində idmanın digər növləri kimi, boks da sürətlə inkişaf edir. F.Mansurov yeniyetmələr arasında təşkil edilən turnirlərin onların təcrübələrinin artırılmasında böyük rol oynadığını vurğulayıb.

Dünya kubokunun və Avropa çempionatının qalibi Rövşən Hüseynov Azərbaycanda boksun inkişafından və əldə edilən uğurlardan danışıb. Azərbaycanda klub və cəmiyyətlərin boksun inkişafına böyük töhfələr verdiyini qeyd edən R.Hüseynov yeni yaradılmış “Baku Fayt Lab” klubuna uğurlar arzulayıb. O, klubun təşkil etdiyi açıq birinciliyin əsl idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib.

Boks üzrə dünya birinciliyinin qalibi Fərhad Acalov ölkəmizdə idmanın, o cümlədən boksun inkişafı istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Açıq birincilikdə yerli idmançılarla yanaşı, əcnəbi boksçuların da iştirakının önəmini vurğulayan F.Acalov bunun turnirdə rəqabət mühitini artırdığını diqqətə çatdırıb.

Birinciliyin açılış mərasimi “Baku” rəqs qrupunun ifasında maraqlı proqramla davam edib.

Sonra yarışlara start verilib.

Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci illər təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər.

Turnirə dekabrın 22-də yekun vurulacaq.


Facebook-da paylaş