Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Futbol üzrə Azərbaycan kuboku turnirinin dörd oyunu keçirilib



Dekabrın 6-da futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin dörd oyunu keçirilib.

BrendSport.az xəbər verir ki, “Səbail” klubu Gəncədə şəhər stadionunda “Kəpəz”in, “Sumqayıt” isə Lökbatan Olimpiya stadionunda “Qaradağ Lökbatan”ın qapısından dörd cavabsız top keçirib.

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” Ağsuda eyniadlı komandanı 3:0 hesabı ilə məğlub edib.

Günün sonuncu matçında isə “Keşlə” komandası “Şüvəlan” kollektivinə üç cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra qalib gələn komandalar dörddəbir finala vəsiqə qazanıblar. “Sumqayıt” dörddəbir finalda “Neftçi” ilə qarşılaşacaq. “Səbail” komandası “Zirə”, “Sabah” kollektivi isə “Qəbələ” ilə üz-üzə gələcək. Dörddəbir finalın digər oyununda isə “Keşlə” və “Qarabağ” klubları qarşılaşacaqlar.


Facebook-da paylaş