Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Vaqif Şirinov: Yığma üzvlərinin əksəriyyəti ümidləri doğrultdu



Kişi boksçular arasında 6 gün davam edən Azərbaycan çempionatında 100-dən çox idmançı mübarizə aparıb. Yığma üzvlərinin əksəriyyəti ümidləri doğrultsa da, büdrəyənlər də oldu. Bu, idmandır və hazırlığı yüksək olan qalib gəlir. Yığmanın heyətində yeni adlar vardı və bu, boksun inkişafını göstərir. Gənc boksçular meydanda böyük əzmkarlıq nümayiş etdirdilər.

BrendSport.az xəbər verir ki, Bu sözləri AZƏRTAC -a məxsusi müsahibəsində boks üzrə yığma komandanın baş məşqçisi Vaqif Şirinov deyib. Azərbaycanda döyüş növlərində yüksək nailiyyətlərin əldə edildiyini bildirən V.Şirinov qeyd edib ki, boks üzrə idmançılarımız ötən illər ərzində bir sıra uğurlara imza atıblar: “İdman uğurlarımız yüksələn xətlə davam edir. Boksçularımız mötəbər turnirlərdə, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bir sıra nailiyyətlər əldə ediblər. Qarşıda millimizi ciddi sınaqlar gözləyir. Bir həftəlik istirahətdən sonra artıq təlim-məşqlər və yarışlara hazırlıq başlayacaq”.


Facebook-da paylaş