Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Qarabağ" - "Vorskla" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Vorskla" oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ” - "Vorskla” oyununa bilet satışı davam edir.

Klubun "Facebook” səhifəsində yayılan xəbər görə, artıq qarşılaşmaya 5 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Vorskla” matçı 20:55-də başlayacaq.


Facebook-da paylaş