Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar qələbə ilə başladı



ABŞ-ın Sent-Luis şəhərində şahmat üzrə Sinkfild Kuboku superturniri başlayıb. Şəhriyar Məmmədyarov yarışa qələbə ilə başlayıb. Azərbaycanlı qrossmeyster ilk turda amerikalı Uesli Soya qalib gəlib.

Turnirdə Şəhriyarla yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da superturnirə qatılacaq.

Hazırda turnir cədvəlinə həmyerlimizlə Levon Aronyan başçılıq edir. Erməni şahmatçı ilk turda rusiyalı Sergey Karyakinə qalib gəlib.

Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq.

Qeyd edək ki, avqustun 27-i başa çatacaq yarışın mükafat fondu 300 min ABŞ dollarıdı. Qalib 75 min dollar qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş