Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” ÇL-da növbəti mərhələdə

“Qarabağ” ÇL-da növbəti mərhələdə

"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb. Azərbaycan çempionu Sloveniyanın "Olimpiya” komandasını qəbul edib.

Səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" doğma divarlar arasında mərhələni keçmək arzusunda idi.

İlk dəqiqələrdən rəqib komandanın oyunu diqtə etmək istəyi "Qarabağ"ın hücumları ilə nəticəsiz qalıb. Sonradan bütün üstünlüyü ələ alan təmsilçimiz bir neçə imkandan yararlana bilməyib.

Qonaq komanda da ara-sıra hücumlar təşkil etsələr də uğur qazana bilməyib. 90 dəqiqənin sonunda komandalar 0:0 bərabərliyə razı olublar.

Beləliklə, turu itkisiz keçən "Qarabağ" Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Cavab oyunu


18 iyul 2018

21.00 Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) 0:0

İlk oyun: 1:0


Facebook-da paylaş

Xəbəri paylaş