Faydalı saytlar


Reklam



Pərvin Məmmədov: Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm

Pərvin Məmmədov: Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm


Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim.
BrendSport.az xəbər verir ki, bunu "Tokio-2020" Yay Paralimpiya Oyunlarının pauerliftinq yarışlarında bürünc medal qazanan idmançımız Pərvin Məmmədov deyib.
"Tokio-2020"nin mükafatçısı deyib: "Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Yarış çətin keçdi və rəqiblərim çox güclü idi. Ən əsası mükafatçılar arasında yer almağı bacardım.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Facebook-da paylaş