Faydalı saytlar


Reklam



“Tokio-2020”: Rüstəm Orucov dörddəbir finala yüksəlib

“Tokio-2020”: Rüstəm Orucov dörddəbir finala yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.
Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.


Facebook-da paylaş