Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiyadaya gedəcək idmançılarla görüş keçirildi



Olimpiyadada iştirak etmək üçün oktyabrın 4-də yola düşəcək nümayəndə heyətinin tərkibində iki taekvondoçumız artıq təlim-məşqləri başa vurub.

ATF-dən BrendSport.az verilən məlumata görə Argentinaya yola düşməzdən öncə Azərbaycan Taekvondo Federasiyasında görüş keçirilib. Vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevin iştirakı ilə baş tutan görüşdə gənclərdən ibarət milli Olimpiya komandasının baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də oyunlarda ölkəmizi təmsil edəcək gəclər arasında son dünya birincisi Cavad Ağayev və Minayə Əkbərova iştirak edib. Görüşdə Nanjinqdə keçirilən son Olimpiya Oyunlarında Səid Quliyevin qızıl medalı qazanaraq ölkəmizə gətirdiyini xatırladan Nağı Səfərov bu dəfə də eyni uğurun təkrar olunacağına inandığını deyib. İdmançı dövründə əldə etdiyi təcrübəsini taekvondoçularla bölüşən Niyaməddin Paşayev də məşqçilərə və onların yetirmələrinə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, Argentinanın paytaxtı Buenos Ayres şəhərində təşkil olunan Gənclərin Olimpiyadasında Cavad Ağayev -63 kq, Minayə Əkbərova isə -44 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışlarına oktyabrın 7-də start veriləcək və 11 oktyabr tarixində yekun vurulacaq.

Alxas Məmmədov







Facebook-da paylaş

Xəbəri paylaş