Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramil Quliyevdən növbəti zəfər



"Fənərbaxça" və Türkiyə yığmasının azərbaycanlı sprinteri Ramil Quliyev növbəti zəfərini qazanıb.

İdmançı "Daymond Liqa"nın Stokholm mərhələsində 200 metr məsafəni 19.92 saniyə ilə bitirərək liderliyə yüksəlib.

"Daymond Liqa"nın Oslo mərhələsinin ardından 200 metrlik məsafəyə qaçış yarışını da uğurla bitirən Quliyev xallarını 24-ə yüksəldib.

İsveç paytaxtında təşkil olunan yarışda Ramil bu mövsümkü ən yaxşı ikinci nəticəsinə imza atıb. Quliyevin ardından kanadalı Aaron Braun 20.07 saniyə ilə ikinci, cənubi afrikalı Luksolo Adams isə 20.36 saniyəlik göstərici ilə üçüncü olub.

Atletizmdə 14 mərhələdən ibarət olan "Daymond Liqa" seriyasının bu mövsümkü altıncı yarışında 200 metr məsafəyə qaçışda Ramil Quliyev ilk sırada qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş