Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nəriman Quliyev: Əminəm ki, karateçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar



20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open” beynəlxalq turnirində artıq üçüncü ildir iştirak edirik. 2018-ci ildə 12 idmançımız bu yarışda mübarizə aparıb və komandamız yekun nəticəyə görə, 1 qızıl, 3 bürünc medal əldə edib. Bu il isə müxtəlif yaş qruplarında kata və kumite üzrə yarışlarda 30 idmançımız iştirak edir ki, onların da 10 nəfərini qızlar təşkil edir. Sevindirici haldır ki, oğlanlarımızla yanaşı, qızlarımız da bu yarışda böyük uğur qazanıblar. Turnir davam edir. Əminəm ki, karateçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar.

BrendSport.az xəbər verir ki, Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev Bakı İdman Sarayında keçirilən “Arpaçay Open”də yarışlar zamanı deyib. Ənənəvi turnirin yüksək səviyyədə təşkil edildiyini bildirən N.Quliyev vurğulayıb ki, karateçilərin həm yarış təcrübələrini, həm də ustalıqlarını artırmaları baxımından bu turnirin böyük əhəmiyyəti var.


Facebook-da paylaş

Xəbəri paylaş