Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gələcəkdə Avropa səviyyəli futbol komandamız olacaq"



Əli İsmayılov 1981-ci il ildə Gəncə şəhərində dünyaya gəlib. 1999-cu ildə peşəkar futbol karyerasına başlayıb. İlk müəllimi tanınmış futbol mütəxəssisi Fuad İsmayllov olub. Oynadığı ilk futbol klubu isə Gəncənin sevimli komandası "Kəpəz"dir.

Ən uğurlu çıxışı 2000-ci ildə futbol üzrə öllkə kubokunun sahibi olmasıdır. Bir neçə klublarda uğurla çıxış edib. Bunlardan "Kəpəz", "Qəbələ", "Bakılı", "Şəmkir" kimi komandaların adlarını qeyd etmək olar.

İlk məşqçilik fəaliyyəti isə "Qəbələ" komandası ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında "Qəbələ" klubunun 2002-ci il təvəllüdlü futbolçularına məşqçi gətirilən Əli müəllim bu komanda ilə çempion adını qazanıb.

Bundan başqa, onun yetirmələri Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən 2002-ci il təvəllüdlü futbolçuların turnirində "Beşiktaş" və "Herta Berlin" kimi güclü kollektivlərin yetirmələrini məğlub etməyi bacarıblar.

Əli müəllim "Qəbələ" futbol komandasında məşqçilik fəaliyyətinə Fariz müəlimin dəvəti və dəstəyi ilə cəlb olunub.

Qeyd edək ki, Texnologiya universitetinin məzunu olan təcrübəli futbol adamı tələbəlik illərində universitetin futbol komandasında oynayıb.

Bu yaxınlarda isə Nail müəllim tərəfindən Qəbələ Futbol Akademiyasının Şamaxı filalına məşqçi-müəllim təyin edilib.

Əli müəllimin akademiya haqqında fikirləri:

- "Qəbələ" futbol komandası müasir Azərbaycan futbol tarixini yazır. Düşünürəm ki, gələcəkdə Avropa səviyyəli futbol komandamız olacaq. Bunun üçün yetərincə mütəxəssis və imkanlarımız da var. Artıq akademiyada yetişən yeni nəsil oyunçular futbolumuza fərqli yanaşma ilə gəlirlər. Burada həm fiziki, həm də texniki baxış üstünlük təşkil edir. Akademiyamızın məzunları müxtəlif yarışlarda iştirak edib uğur qazanırlar. Eyni zamanda bu akademiya Azərbaycan futbol ailəsinə mükəmməl, peşəkar kadrlar yetişdirir. Bu, bizim uğurlu idman siyasətimizdir. Yeni təyin olunduğum Şamaxı filalında da çalışacağam ki, qısa bir müddətdə yeni komanda formalaşdıra bilim.

Alxas Məmmədov









Facebook-da paylaş

Xəbəri paylaş