Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub



İyulun 1-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin səkkizdəbir final yarışları keçirilib.

BrendSport.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli Hou Yifana 4,5:5,5 hesabla məğlub olaraq mübarizəni dayandırıb.

H.Yıfanla yanaşı, rusiyalı şahmatçılar Yekaterina Laqno, Valentina Qunina, Olqa Qirya, Sarasadat Hademalşarieh (İran), Vayşali Rameşbabu (Hindistan), Jansaya Abdulmalik (Qazaxıstan), Anna Uşenina (Ukrayna) da dörddəbir finala vəsiqə qazanıblar.

Xatırladaq ki, G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsində rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.


Facebook-da paylaş