Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub



Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.

BrendSport.az xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Çoya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) turnirdə gümüş medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş