Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan gimnastı halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb



Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turniri başlayıb.

BrendSport.az xəbər verir ki, turnirin ilk günündə fərdi və qrup hərəkətləri proqramı üzrə çoxnövçülük yarışları keçirilib. Fərdi gimnastlar halqa və topla, komandalar isə beş topla hərəkətlərdə çıxış ediblər.

Azərbaycanı dünya kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil ediblər.

Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb. Hakimlər təmsilçimizin topla yarışlarda çıxışını 18.250 xalla qiymətləndiriblər. Lakin bu nəticə gimnastımızın topla hərəkətlərdə finalda yarışması üçün yetərli olmayıb.

Digər təmsilçimiz V.Qüdis halqa ilə hərəkətlərdə 15.650, topla yarışlarda 17.650 xal toplasa da, hər iki alət üzrə finala vəsiqə qazana bilməyib.

Fərdi gimnastların gərgin mübarizəsini qrup hərəkətləri komandaları davam etdiriblər. Beş top ilə yarışlarda komandamızın çıxışını hakimlər 15.750 xalla qiymətləndiriblər. Bu isə ilk səkkizliyə düşməyə kifayət etməyib.

Aprelin 27-də fərdi proqramda gürz və lentlə, qrup hərəkətləri proqramında isə 3 halqa, iki cüt gürzlə yarışlarda finalçılar məlum olacaq. Həmçinin çoxnövçülük üzrə qalib və mükafatçıların adlarına aydınlıq gələcək.

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır. Ümumilikdə isə 39 ölkədən 200-dən çox gimnast qalib adı uğrunda yarışır.


Facebook-da paylaş