Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatının birinci turunda Azərbaycan şahmatçıları məğlub olublar



Martın 5-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə qadınlar və kişilər arasında komandalararası dünya çempionatında Azərbaycan komandası ilk oyununu keçirib.

BrendSport.az xəbər verir ki, dünya çempionatının birinci turunda millimiz mundialın reytinq favoritlərindən olan Çin yığması ilə qarşılaşıb. Görüş çinlilərin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimizdən yalnız Nicat Abbasov heç-heçə edib.

Digər oyunlarda isə nəticələr belə olub: Rusiya-İran 2,5:1,5, Hindistan-İsveçrə 3,5:0,5, Misir-ABŞ 1:3, İngiltərə Qazaxıstan 2,5:1,5.

Dairəvi sistem üzrə keçirilən çempionat doqquz turdan ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş