Əsas Səhifə > Milli komandalar > Dünya çempionatının birinci turunda Azərbaycan şahmatçıları məğlub olublar

Dünya çempionatının birinci turunda Azərbaycan şahmatçıları məğlub olublar


6-03-2019, 01:33


Martın 5-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə qadınlar və kişilər arasında komandalararası dünya çempionatında Azərbaycan komandası ilk oyununu keçirib.

BrendSport.az xəbər verir ki, dünya çempionatının birinci turunda millimiz mundialın reytinq favoritlərindən olan Çin yığması ilə qarşılaşıb. Görüş çinlilərin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimizdən yalnız Nicat Abbasov heç-heçə edib.

Digər oyunlarda isə nəticələr belə olub: Rusiya-İran 2,5:1,5, Hindistan-İsveçrə 3,5:0,5, Misir-ABŞ 1:3, İngiltərə Qazaxıstan 2,5:1,5.

Dairəvi sistem üzrə keçirilən çempionat doqquz turdan ibarətdir.
Geri qayıt