Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kunq-fu idmançılarımız İtaliyada dünya kuboku yarışında iştirak edəcəklər

Kunq-fu idmançılarımız İtaliyada dünya kuboku yarışında iştirak edəcəklər

Azərbaycan Kunq-fu Federasiyasının (AKF) idmançıları növbəti beynəlxalq yarışa hazırlaşırlar.

AKF-nin vitse-prezidenti Orxan Qəribli BrendSport.az-a bildirib ki, idmançılarımız martın 27-31-də İtaliyada keçiriləcək kunq-fu üzrə dünya kuboku yarışında iştirak edəcəklər. Yığma komandamız artıq təlim-məşq toplanışına start verib. Kişilərdən ibarət komanda yarışa baş məşqçi, dünya və Avropa çempionu Ramil Allahverdiyevin rəhbərliyi ilə hazırlaşır. Dünya kuboku turnirində ötən il respublika çempionatında qalib gələn idmançılarımız güclərini sınayacaqlar.
“İnanıram ki, bu yarışdan da əliboş qayıtmayacağıq. Beynəlxalq arenada himnimizi səsləndirmək, üçrəngli şanlı bayrağımızı dalğalandırmaq üçün var gücümüzlə hazırlaşırıq”, - deyə Orxan Qəribli bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş